Vladimir Putinin bədənindəki dəlisov keşiş Rasputindir? - İNANILMAZ İDDİA - FOTOLAR

Hit: 1127
Vladimir Putinin bədənindəki dəlisov keşiş Rasputindir? - İNANILMAZ İDDİA - FOTOLAR

Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrində qorxunc fiqur kimi təqdim edilməkdədir.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, onunla bağlı artıq mistik iddialar da səsləndirilməyə başlayıb. Bu iddialardan biri də Rusiya prezidentinin dəlisov öngörücü, tarixin ən sirli, qorxunc adamlarından biri olan Qriqori Rasputinin müasir dövrdəki siması olması ilə bağlıdır.

Onların eyni adam olma iddiası montaj olunan bir şəklin yayılmasından sonra səsləndirilib. Bu yalnız ona görə deyil ki, onlar hər ikisi eyni adı bölüşür. İddianı araşdıranlar inanırlar ki, Rasputin 1900-cü ildə mistik gücü vasitəsilə kraliçanı ölümdən xilas edib. Özü isə qara magiyadan istifadə edərək müxtəlif insanların bədənində yaşamağa başlayıb, İndi isə reinkarnasiya olaraq, Vladimir Putin kimi önə çıxır.

Bu mümkündürmü? Putin keşiş Rasputinin reinkarnasiya edilmiş formasıdır?

"Teleqraf" nəşrinin yazdığına görə, Rusiyada Vladimir Putinə pərəstiş edən kiçik bir sekta var və onlar Putinin reinkarnasiya bacarığının olduğunu iddia edirlər. İnsanlar Putin-Rasputin fərziyəsi üzərində şaiyələr yaradaraq onların birgə şəkillərini paylaşırlar. Bunu isə xüsusilə vurğulayırlar ki, hər ikisinin baxışı, davranışı eynidir. Güclü, nüfuzedici...

O da iddia olunur ki, hər ikisi qohumluq əlaqələrinə sahibdir.

"Daily Star" isə Putinin ölümsüz olduğu fikrinə gəlib.

Bir əsr bundan əvvəl öldürülən Rasputin adi kəndli olub. O, baş gicəlləndirici yüksəlişə nail olaraq Çar İkinci Nikolayın etibarlı ailəı dostuna çevrilib. Çar ailəsindəki ölümləri əvvəlcədən görüb, çariçanın isə ölümünün qarşısını alıb.

O, cadugarlıq da edib, bəzən xəstə insanlara şəfa da verib. Onun "Xlisti" adlanan ritual cəmiyyət ilə də əlaqəli olduğu bildirlir. Bu cəmiyyətin üzvləri inanırdılar ki, insan günahlar ilə pak ola bilər. Onlar kütləvi orgilərdə iştirak edərək, bununla bədənlərini günahlardan təmizlədiklərinə inanırdılar.

Rasputin öz ölümünü və çar ailəsinə nə gözlədiyini də əvvəlcədən söyləmişdi. Rus inqilabını da öncədən görmüşdü:

"Rusiya torpaqlarının çarı, "Qriqori öldürüldü" (özünü nəzərdə tutur) xəbərini verən zəngi eşitsən və bunu sənin qohumların etsə, iki il ərzində ailəndən, qohumlarından sağ qalan olmayacaq. Onlar rus xalqı tərəfindən amansızlıqla qətlə yetiriləcəklər".

Bu öncəgörmədən az sonra Rasputinin ağlasığmaz sürətlə güclənməsindən qorxuya düşən saray məmurları ona qarşı sui-qəsd tərtib ediblər. Çarın yaxın qohumu onu evinə qonaq çağırıb, əvvəl yeməyinə o dövrün ən güclü zəhərini qatıblar. Ancaq ölmədiyini görüb, sobanın yanındakı polad maşa ilə başına zərbələr endiriblər. Yenə ölməyib. Daha sonra evə gələn növbəti süi-qəsdçi Raputinə atəş açıb. Onu xalçaya bükərək çaya atıblar. Meyitin tapılmasından sonra ölüm səbəbini araşdıran həkimlər dəhşətə düşüblər. Bütün baş verənlərə rəğmən Rasputin donvurmadan ölmüşdü. 

Bir ildən sonra - 1917-ci ildə rus xalqı inqilab edərək Çar ailəsini qəddarlıqla qətlə yetirdi... 

1
1








Redaktorun seçimi