Azərbaycanlı qadın “Ginnesin” kitabına düşə bilər - FOTOLAR

200 dəfə oxunub
Azərbaycanlı qadın “Ginnesin” kitabına düşə bilər - FOTOLAR

İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı sakini bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib.

Onun maraqlı təqdimatları rayon sakinləri və turistlər tərəfindən bəyənilib.

Bu dəfə isə uzunluğu 4 metr, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabun hazırlayıb.

M. Nəbiyeva əl işi ilə Ginnesin rekordlar kitabına düşmək iddiasındadır və bununla bağlı müraciət edəcəyini deyib.

 

 

 

 

 

 

 

 
 

 


loading...
loading...

Redaktorun seçimi