Azərbaycanın ən qanlı adası: - Burda elə adamlar güllələnib ki... - VİDEO

2169 dəfə oxunub
Azərbaycanın ən qanlı adası: - Burda elə adamlar güllələnib ki... - VİDEO

Cümhuriyyətçilərin qətl edildikləri “Ölüm adası”

Çoxları dəniz kənarında gəmiyə oturub gəzintiyə çıxanda Nargin adasının yanından keçib.

Bu ada barədə çoxunun məlumatı yoxdur. Ancaq bizə adi görünən bu ada minlərlə insanın edam edildiyi və özündə dəhşətli sirrləri saxlayan bir ərazidir. Azərbaycan Cümhuriyyətçilərinin özləri və qohumlarının, türk əsirlərinin və 1937-ci il represiyya qurbanları məhz bu adada qətl edilirdilər. Bu adada saxlanılan əsirlər çirkli, üfunətli və dar baraklarda saxlanılırdı. Gündüzlər qızmar günəşin istisi altında əsirləri dayanmağa məcbur edirdilər. Ərzaq bura həftədə bir dəfə gətirildiyindən əsirlər ac və susuz qalırdılar. Məcbur olub dəniz suyu və çirkli su içən əsirlər ölümcül mədə-bağırsaq xəstəliklərinə tutulurdular. Gecə isə ac siçovullar tərpənməyə heyi olmayanlara hücum çəkirdilər. Əsirlərin üzləri tanınmaz hala düşəcək qədər şişir,əllər, ayaqlar və bütün bədənlər qırmızı suluqlar içində olurdu. Adanın şərq hissəsində ölən əsirləri beş-beş, on-on dərin quyulara atırdılar, ölüm hökmü alanları isə qərb hissəsində güllələyib quyulara atırdılar. 3.1 km uzunluğu olan Nargin bölgənin ən böyük adası hesab olunur. Su qaynağı, bitki örtüyü yoxdur. Çox sayda ilanlar olduğuna görə ilanlı ada da deyirlər. Bu adada , rus və ermənilərin başçılıq etdiyi qruplar türk kəndlərindən yığdıqları insanlarla burada təcrübələr aparır eyni zamanda işgəncələr verirdi. Birinci Dünya Muharibəsində əsir düşərgəsi olaraq istifadə edilən, 10 minə yaxın Türk əsgər və vətəndaşın şəhid edildiyi təxmin edilən şəxs burda qətl ediliblər. Qış aylarında əsirlər ölüm həyatı yaşayır, baraklar qızdırılmadığından 45 dərəcə şaxtada donaraq həyata son verirdilər. Əsirlərə gün ərzində içərisində yağ və ot olmayan, qaynar sudan ibarət olan şorba və 100 qram qara çörək verilirdi. Qeyd edim ki, adada Əhməd Cavadla yanaşı, general-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk baş qərargah rəisi), general-mayor Əmir Kazım Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas, general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov başda olmaqla 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhz bu adada qətl ediliblər. Cümhuriyyətlə bağlı olan hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında “xalq düşməni” damğası ilə güllələnərək Xəzərin sularına qərq olurdu. Nargin adası Cümhuriyyət dövründə fəaliyyət göstərən neçə-neçə ziyalımızın və dövlət xadimimizin faciəli sonunun “şahidi olmuş” kimsəsiz ada idi.

Zaur Əliyev, dosent

Faktor.az


loading...
loading...

Redaktorun seçimi