“Viaqra”dan daha təsirli 9 təbii vasitə

Hit: 6377
“Viaqra”dan daha təsirli 9 təbii vasitə

Cinsi ehtirası və həvəsi artırmaq üçün praktik olaraq hər yola baş vuran, kimyəvi tərkibli “viaqra” kimi dərmanlara aludə olan kişilərə xoş xəbər. Bu məsələnin həlli üçün kişilərin hansı qidaları daha çox istehlak etməsi müəyyən edilib.

Hətta təkcə kişilər deyil, bu ərzaqları yeyən qadınlar da cinsi ehtiras məsələsində üstünlük qazanacaqlar. Demək olar ki, indiyə qədər cinsi gücü artıran bu qidalar haqqında heç kim eşitməyib. Həyatınızın əsas probelmindən sizi xilas edəcək təbii qidaların və vasitələrin siyahısını təqdim edirik.

Jenşen (“hinseng”, bizim dildə “yeradamı”)

Xüsusilə qırmızı jenşen (Koreya jenşeni) kişilər üçün daha faydalıdır. Cinsi baxımdan orqanizmi stimullaşdırır, yorğunluğa xeyirlidir, təbii testosterondur. Sperm miqdarını və sayını artırır. Bu vasitə bir həb, eləcə də gel və toz kimi qəbul edilə bilər. Jenşen gənc, lakin beyni yorğun kişilər, daha çox zehni əməklə məşğul olan işçilər üçün kişilik hormonunu dəstəkləyən təbii köməkçi vasitədir.

Qırmızı bibər

Mütəxəssislər acı qidaları yeməyin cinsi istəkləri artırdığını deyirlər. O cümlədən acı bibər də qan dövranını sürətləndirir və insan özünü seksual həvəsə hazır olduğunu hiss edir.

Bal

Təbii və təmiz bal əsrlər boyu bilinən afrodizyak tərkibli qidalardan biridir.

Zəncəfil

Çaylarınıza xoş ətir verən, faydalı bir bitki olan zəncəfil istehlak edildikdə erogen (həssas) hissələrdə həssaslığı artırır.

Şokolad

Hər kəsin illərdir yadda saxladığı təsiri var. Alimlərin hər tədqiqatının sonunda eyni nəticə əldə edirlər: şokolad serotonin hormonunu artırır.

Banan

İsti iqlim zonlarının meyvələrindən olan bananın tərkibində faydalı kalium və B vitamini ilə yanaşı, cinsi hormonlarının artmasına da təsir göstərən maddələr var.

Vanil

Gözəl bir qoxuya malik olan, adətən, başgicəlləndirici ətri ilə seçilən vanil beynin hipotalamus bölgəsinə çatır, xatirələri və həyəcanımızı nəzarətdə saxlayır. Eyni zamanda onun ətri bu da ürək döyüntülərini sürətləndirir.

Qulançar

Qədim Yunanıstan və Roma dövründən bəri geniş istehlak edilən bu qidanın qədim zamanlarda belə sevilməsinin səbəblərindən biri, qulançarın afrodizyak təsiri olmasıdır.

Çiyələk

Kiçik, şirin, ətirli və çəhrayı rəngli olan çiyələyin daxilində A, B və C vitaminləri, həmçinin kalsium, dəmir və fosfor var. Bu qədər çox faydalı maddələri tərkibində saxlayan meyvənin cinsi aktivlik baxımından təsirinə gəlincə, sperm miqdarını artırır və cinsi orqanlarını qidalandırır. (Bizimyol.info)









Redaktorun seçimi