ŞOK! - Peyğəmbərin məzarını açdılar, içindən çıxanlar inanılmazdır - VİDEO

11074 dəfə oxunub
ŞOK! - Peyğəmbərin məzarını açdılar, içindən çıxanlar inanılmazdır - VİDEO

Qüdsdə Həzrəti İsanın dəfn edildiyinə inanılan sərdabənin ətrafındakı mərmər sökülüb.

Bunun üçün 35 arxeoloq 60 saat işləyib. Sərdabənin açılması münasibətilə təşkil olunan dini mərasimdə Qüds patriarxı Teofilos sərdabənin ilk dəfə bərpa ediləcəyini xüsusi vurğulayıb. Qeyd edək ki, mərmər sərdabə 1810-cu ildə inşa edilib. Patriarx əlavə edib ki: “Bu təmir sadəcə müqəddəs torpaqlar üçün deyil, həmçinin, bütün dünya üçün bir hədiyyədir”. Arxeoloqlar mərmər sərdabənin içindəki məzarın əhənglə örtüldüyünü görüblər. Ətrafdakı mərmərin üzərində xaç işarəsi oyulub. Məzar Qüds şəhərinin əvvəlki yerində inşa olunan Müqəddəs Məzar Kilsəsinin içindədir.

Onun mərmərlə örtülməsinin 1555-ci ilə, və ya daha əvvələ təsadüf etdiyi ehtimal olunur. Arxeoloqlar mərməri sökəndən sonra Həzrəti İsanın dəfn olunduğuna inanılan qaya oyuğunu araşdırmağa başlayıb. National Gheographic`in məlumatına görə, araşdırmaların məqsədi Həzrəti İsanın bu qaya oyuğunun hansı hissəsinə dəfn olunduğunu tapmaqdı. Xristian dini rəvayətlərində deyilir ki, Romalılar İsanı çarmıxa çəkəndən sonra o, əhəng daşından oyulan bir mağarada dəfn olunub. Xristianlar isə İsanın dəfn edildikdən bir müddət sonra dirildiyinə inanırlar. Onların inandığı rəvayətdə deyilir: “İsa ölümündən üç gün sonra bir qadının gözünə görünür. Qadın da İsanı gördüyünü hamıya car çəkir. İnsanlar məzara baş çəkəndə oranın boş olduğunu görür”.

Bu rəvayət xristianlıqda “İsanın möcüzəsi” adlanır. Xristianlığın ən müqəddəs məkanı sayılan bir yerdə arxeoloji qazıntılara Afinada yerləşən Beynəlxalq Texniki Universitetin elm adamları start verib. Arxeoloqlar bundan əvvəl Afinadakı Akropolda və Ayasofyada elmi araşdırma aparıb və təmir-bərpa işlərinə rəhbərlik ediblər. Qazıntı zamanı arxeoloqlar əhəng qatının altında xırla örtülü bir boz daşa rast gəliblər. Boz daşın tərkibi haqqındakı məlumatlar analizlərdən sonra bilinəcək. İsa dəfn olunarkən oyulduğu güman edilən qayanın da üzərində müxtəlif analizlər aparılır. Tarixə əsaslansaq, bu məzar ilk dəfə olaraq eramızın 326-cı ilində Roma imperatoru Konstantinin anası Helena tərəfindən tapılıb. Restavrasiya işlərində iştirak edən National Gheographic`in əməkdaşı, arxeoloq Frederik Hiebert deyib: “ Mərməri qaldırandan sonra sürprizlə rastlaşdıq. Burda tərkibini bilmədiyimiz bir daş vardı.

Rəvayətlərə güvənsək, bu daş İsanın məzarının original qapağı olmalıdı. Hələlik araşdırmalar davam edir.” İlk dəfə sərdabənin qapağını qaldırmaq Beynəlxalq Texniki Universitetin rektor köməkçisi Antonia Mouropoulou`ya qismət olub. O, kimya professorudu. Məzar qapağını qaldırmağın niyə bir teoloqa, yaxud arxeoloqa həvalə edilmədiyi çox sual yaratdı. Hadisənin məntiqi izahı isə sadə idi: dinin axtardığı bir nəsnəni ancaq kimyagər tapa bilərdi. Mouropoulou mərmər qapağı 2016-cı ilin 26 oktyabrında açıb. O, ikinci qapağın üzərindəki işarətlərin “İncil”də haqqında danışılan işarəli daşa uyğun gəldiyini deyib.

Frederik Hiebert National Gheographic`a verdiyi müsahibədə sərdabə açılarkən həyəcandan ayaqlarının əsdiyini də deyib. O, əlavə edib ki: “Məzarın yüz faiz İsaya aid olduğuna hələ əmin deyilik. Amma, İsanın məzarı haqda ikinci bir işarət, ikinci bir rəvayət də yoxdur”. Davam edən araşdırmaların dünya tarixində yeni səhifələr yazacağı öncədən məlumdur. Qeyd edək ki, restavrasiya işlərinə İordaniya kralı II Abdullah maddi dəstək verib. O, bu araşdırmalar üçün 4 milyon dollarından keçib.



Redaktorun seçimi