Dünyada ən çox axtarılan söz: Silikon Vadisi nədir?

Hit: 1525
Dünyada ən çox axtarılan söz: Silikon Vadisi nədir?
Günümüzdə adını tez-tez eşitdiyimiz Silikon Vadisi nədir,  harada yerləşir və onu bu qədər məşhur edən nədir? 
 
Faktor.Az sizə Silkon Vadisi ilə bağlı bilmədiklərinizi və bilməli olduğunuz məlumatları təqdim edir. 
Dünyaya texnologiya divlərini bəxş edən Silikon Vadisi ABŞ-ın Kaliforniya ştatında San Fransisko Vadisində yerləşən San Jose Vadisinə verilən addır. İlk dönəmlərdə bu bölgədə istehsal olunan silikon çiplərə görə "Silicon Valley" adı ilə xatırlanan Silikon Vadisi bir çox texnoloji divlərə də ev sahibliyi edir. Yüksək texnologiya dedikdə, ağla elə ilk bu vadi gəlir. Bura həm də "İntel", "HP" kimi nəhəng şirkətlərin çıxış nöqtəsidir. 
 
Silikon Vadisinin Tarixi İnkişafı
 
Silikon Vadisinin tarixi inkişafı Stanford Universitetinin qurulması ilə başlayır. Bölgədə olan qızıl mədənləri sahibkarları bura cəlb etməyə bəs edirdi. Bu ninkişaf Vali Leland Stanfordu hərəkət etməyə vadar etdi. 1891-ci ildə "Azadlıq havası əsir" şüarı altında Leland Stanford Junior Universitetini yaratdı. Günümüzdə dünyanın ən böyük büdcəsinə sahib 3 universitetdən biri halına gələn Stanford Universiteti "HP", "Cisco", "Google", "Yahoo" kimi dünya nəhənglərinin də çıxış nöqtəsidir. 
Stanford Universitetinin Silikon Vadisinə qazandırdığı ilk dəyər Bill Hevlett və David Packard oldu. Bill və David məzun olduqdan sonra universitetin yaxınlığında yerləşən qarajda "HP" şirkətini qurdular. Universitetin dekanı çevrədə olan boş əraziləri texnologiya sahəsində işləyən sahibkarlara satdı. Onların arasında "Kodak" kimi şirkətlər də var idi.
Silikon Vadisinə uğur gətirən sahibkarlar ilk yarımkeçirici transistoru icad edən Villiam Şokley, John Bardeen və Volter Brattain oldu. 1956-cı ildə ortaya qoyulan bu icad üçlüyə Nobel mükafatını qazandırdı. 
1957 -ci ildə Vadidə baş verənlər buranın texnologiya aləmində necə sürətlə inkişaf etdiyini göstərdi. Xayin səkkizlik olaraq, tanınan Jean Hoerni, Julius Blank, Viktor Qrinç, Engene Kleiner, Gordon Moore, Şeldon Roberts, Jay Last, Robert Noyce yarımkeçirici transistoru daha üst səviyyəyə gətirdilər. Daha sonra Xayin səkkizlikdən ayrılan Robert Noyce və Gordon Moore 1968-ci ildə İntel firmasını qurdular.
İntel şirkətinin qurulması vadidə rəqabəti qızışdırdı. İxtiraçılar var gücləri ilə texnoloji işlərini davam etdirirdilər. İntel zəhmətinin meyvəsini 1971-ci ildə istehsal etdiyi ilk mikroprosessor olan İntel 4004 ilə aldı. Bir il sonra isə LAN texnologiyasını istehsal edən İntel ipləri yavaş-yavaş əlinə almağa başladı. 
1976-cı ildə bir nəhəng daha yarandı. Stev Jobs və Stev Vozniak adlı iki gənc Silikon Vadisi yaxınlığında yerləşən Kupertinoda "Apple"ı yaratdı. İlk kompüterlərini burda satmağa başlayan "Apple" günümüzdə texnoloji zirvənin ortaqlarındandır. 
Təqvim 1994-cü ili göstərdiyi vaxtlarda Stanfordun məzunları Jerry Yang və David Filo "Yahoo!" axtarış serverini yaratdı. 1995-ci ildə şirkət halına gələn "Yahoo!" zamanla elektronik poçt sahəsində də özünü inkişaf etdirdi.
1998-ci ildə "Yahoo!"ya bir rəqib də doğdu. Sergie Prin və Larry Page adında iki gənc "Google"u yaratdı və zirvəyə apardı. 
 
Silikon Vadisində İşlər necə gedir? 
 
Dünyanın ən ağıllı mühəndislərinin olduğu Silikon Vadisində sosial həyat və texnologiyanı bir arada görmək mümkündür. Şirkətlərin çalışdığı sahələr və imkanları yüksək səviyyədədir.  İdman salonları, oyun və fəaliyyət sahələri Silikon Vadisində çalışan mühəndislər iş zamanı əylənməyi də bacarırlar. Bundan əlavə böyük texnoloji rəqabət də var. 
Mühəndislər bu rəqabətdən yüksək qazanc əldə edir. Silikon vadisində müqavilə ilə işləyən mühəndis yixdur. Çünki sabah hansı mühəndisin, hansı firmaya gedəcəyi məlum deyil. Bir mühəndisin aylıq gəliri təxminən yüz min dollardır.
Lalə Niftaliyeva
 








Redaktorun seçimi