Yaponlarla, koreyalılar bunları yeyir deyə - Yüz il yaşamaq mümkün imiş

Hit: 668
Yaponlarla, koreyalılar bunları yeyir deyə - Yüz il yaşamaq mümkün imiş

İnsanlar tarix boyu gənclik eleksirini tapmaq üçün mübarizə aparıblar.

Bu eleksir hələ tapılmasa da dünyada elə ölkələr var ki, orada ortalama yaş həddi olduqca yüksəkdir.

Faktor.az dünyanın ən uzunömürlü insanlarının yaşadığı ölkələri oxucularına təqdim edir: Yaponiya Burada ortalama yaş həddi 83 ildir. Təsadüfi deyil ki, “Ölümsüzlər diyarı” adlanan Okinava adası uzun ömrə dair elmi araşdırmalar mərkəzinə çevrilmişdir.

Yaponiyanın cənubunda yaşı 100-ü ötmüş 400-dən çox sakin yaşayır. Onların uzun illər yaşamasının səbəbi isə sağlam qidalardır. İspaniya Burada ortalama yaş həddi 82,8 ildir. İspaniyada insanların uzun illər sağlam yaşamasının səbəbi zeytun yağı və göyərtidən bol istifadə etmələridir.

İspanlar qida rejiminə xüsusi diqqət göstərir, nəqliyya vasitəsi kimi velosipedə üstünlük verirlər. Sinqapur Burada ortalama yaş həddi 83,1 ildir. Sinqapurda yaşayan insanlar “möcüzəvi” adlandırılan sağlamlığa sahibdirlər.

Burada uşaq və hamilə qadınların ölüm hallarına, demək olar ki, rast gəlinmir. İsveçrə Avropanın ən varlı ölkələrindən olan İsveçrədə ortalama yaş həddi 81 ildir. Burada insanlar üçün tez-tez pendir yemək olduqca önəmlidir.

Cənubi Koreya Araşdırmalar dünyada ortalama yaş həddinin 90 ili ötdüyü ölkə olaraq Cənubi Koreyanı göstərir.

İnsanların bu yaşa qədər sağlam yaşamasının başlıca səbəbi güclü iqtisadiyyat və günü-gündən inkişaf edən səhiyyədir.

Koreyalılar qida rasionunda lifli məhsullara önəm verir, kiçik məhəllə həyatını qarışıq şəhər həyatından üstün tuturlar.

Nigar //Faktor.az









Redaktorun seçimi