Cinsi həyatla bağlı dilə gətirilməyən 11 həqiqət - ARAŞDIRMA

Hit: 562
Cinsi həyatla bağlı dilə gətirilməyən 11 həqiqət - ARAŞDIRMA

Cinsi həyatla bağlı həmişə düşündüyümüz, amma dilə gətirməkdən çəkindiyimiz həqiqətlər hansılardır? 

GoldNews.Az məhz dilimizin ucuna gələn, amma söyləməyə çəkindiyimiz seks həqiqətlərini sizə təqdim edir:

Partnyorunuz ilə ilk dəfə yaşadığınız intim münasibətləri heç də ən yaxşısı deyil

Bir-birinizi daha əvvəl heç çılpaq görmədiniz. Yataqda necə olduğunu bilmirsiniz. Yaxşı olacaqmı? Mənim yaxşı olduğumu düşünə bilərmi? Rahat olun! Üstünüzü çıxardığınız andan etibarən hər şeyin yolunda gedəcəyini təsəvvür edin.

Ön sevişmə əhəmiyyətlidir

Kimsənin sizi əksinə inandırmağına icazə verməyin. Bəzən cinsi əlaqəyə girməzdən əvvəl ehtirası artırmaq lazımdır. Bəzən yavaş irəliləmək daha əyləncəli belə ola bilər.

Bədəniniz haqqında mənfi fikirmi söylədi?

Ona dərhal reaksiya göstərin! Həyatınızdan çıxmasını istəyin və heç vaxt geriyə baxmayın!

Körpə kimi danışmaq qadağandır!

Nə üçün yetkin bir adam (və ya siz) uşaq kimi davranmaq istəsin ki? Yaşınıza uyğun cümlələr quraraq onu cəlb edin.

Seks əyləncəlidir

Gülməli səslər, əyləncəli sifətlər və təhlükəli vəziyyətlər... Gülməli vəziyyətdə birlikdə gülsəniz heç vaxt qəribə şərait yaranmayacaqdır.

Corablarınızı unutmayın!

Əgər bütün geyimlərinizi çıxarmısınızsa, corablarınızı unutmayın. Seks zamanı corab görmək heç də cəlbedici görünmür! Çox düşünməyin, dərhal corablarınızı çıxarın! Ertəsi gün hara qoyduğunuzu tapmaq üçün axtararsınız.

Nə istədiyinizi deməsəniz, heç vaxt sahib ola bilməzsiniz

Yataqda istədiyiniz kimi davranmır - deyə şikayət etməyin. İstəklərinizi dilə gətirməlisiniz. Qarşınızdakı şəxs sizin fikirlərinizi oxuya bilməz. Elə isə onu heç vaxt sahib ola bilməzsiniz. 

Qucaqlamaq gözəldir, amma...

Seksdən sonra qucaqlamaq gözəldir, amma isti havalarda yatağın fərqli uclarında yatmaq da normaldır. Səhər oyanıb bütün gecəni bir-birinizə qucaqlaşmadan yatdığınızı görsəniz, kədərlənməyin. 

Seksdən sonra qaçmayın

Xüsusilə də partnyorunuzu bir daha görməyi planlaşdırırsınızsa! Kobud rəftar, həmçinin onun evində qalmaq hər zaman əyləncəlidir.

Baş ağrısının dərmanı

Spirtli içkinin təsirindən yaranan baş ağrısının ən yaxşı dərmanı səhər seksidir. Xüsusilə də ondan sonra qəhvə və yemək yesəniz.

Həmişə dürüst olun

Xoşladığınız, ya da xoşlamadığınız şeylər haqqında utancaq davranmayıb həyat yoldaşınıza bunları dürüst deyin. Xoşbəxtliyin sirri bir az da buradan keçir.

Bütün qaydaları, qadağaları görməzdən gəlin. Necə istəyirsinizsə, elə davranın!

 









Redaktorun seçimi