Siqaret əleyhinə növbəti FİLM- "Ölüm Dumanı"-FOTO

Hit: 1698
Siqaret əleyhinə növbəti FİLM- "Ölüm Dumanı"-FOTO

Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə 29 dekabr 2017-ci il tarixdə Fərman verib.  

A24.az xəbər verir ki, bununla bağlı Report İnformasiya Agentliyi “Cinemazadeh” studiyası, Bakı Media Mərkəzi, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” Teleradio və Yayım Şirkəti, CBC telekanalı ilə birgə “Siqaret çəkmə, kino çək!” mövzusunda film müsabiqəsi elan etmişdi. Müsabiqəyə qatılan “Digant Film” mart ayının əvvəlində “Ölüm Dumanı” adlı qısametrajlı filmin çəkilişlərinə strat verib. 5 dəqiqəlik  filmin çəkilişləri artıq başa çatıb.

Filmin sujet xətti siqaret aludəçisi olan gənc bəstəkarın həyatından bəhs edir. Bir vaxtlar əyləncələrlə dolu həyatı olan bu gənc zamanla müxtəlif  problemlərlə üzləşir. Sıxıntılı günlərində isə sağlamlığını əlindən alan başlıca səbəbin  nə olduğunun fərqinə varır. İradəsinin zəifliyinə görə ölüm riski ilə üz-üzə qalır. Həmin gənc bəstəkar iradəsinə güc gəlib yaşayaraq həyatına davam edə biləcəkmi?

“Ölüm Dumanı” mart ayının 30-da “Digant Film”in öz rəsmi yutub kanalında yayımlanacaq.

Qeyd edək ki, filmin ideya müəllifi və quruluşçu operatoru Cavid Həşimov, hekayəsi və quruluşçu rejissoru  Emin Məmmədov,  prodüsseri isə Rüfət Həşimov, fotoqrafı Hafiz  Rəhimovdur.

 









Redaktorun seçimi