Hindistanda pitonla təhlükəli şou - VİDEO

Hit: 578
Hindistanda pitonla təhlükəli şou - VİDEO
Hindistanda piton şou zamanı ilan oynadanı boğmağa başlayıb.
 
Hadisənin videosu YouTube portalında yerləşdirilib.
 
İlan oynadan yoldan keçən insanları onun pitonla tryuklarına baxmağa çağırır. O ilanı boynuna sarıyaraq yerə oturur və torbasından nə isə çıxarmaq istəyir.
 
Lakin bu zaman piton onu boğmağa başlayır.
 
Tamaşaçılar baş verənlərin şounun bir hissəsi olmadığını dərhal başa düşməyiblər və çəkilişlərə davam etdiriblər. 
 
Hindistanlı pitonu əvvəl özü boynundan çıxarmağa çalışıb, lakin sonda huşunu itirərək yerə yıxılıb.
 
Sputnik International məlumat verir ki, bundan sonra bir neçə nəfər pitonu onun boynundan götürüb və kişini Varanasi şəhərindəki xəstəxanaya göndəriblər. // Oxu.az








Redaktorun seçimi