bir dəqiqəyə 28-30 min sözu oxuyur - VİDEO - VİDEO

Hit: 591
bir dəqiqəyə 28-30 min sözu oxuyur - VİDEO - VİDEO

Bir adam 1 dəqiqəyə normal halda 120 söz oxuyur. Növbəti xəbərin qəhrəmanı isə bir dəqiqəyə ən azı 20 min söz oxuyur. Vaqif Rüstəmov 9-cu sinifdə oxusa da, sürətli oxu təxnikası ilə 11 illik tədris proqramını artıq bitirib.

O, bir dəqiqəyə 28-30 min sözu oxuyur. Hətta bədii əsəri bir neçə dəqiqəyə oxuyaraq ən kiçik detallarına kimi danışa bilər.

Cəbrayıl rayonunda məcburi köçkün ailəsində doğulan Vaqif Rüstəmov 15 yaşındadır. O, Masazırda yerləşən 2 saylı orta məktəbdə təhsil alır. Sinif əlaçısı olan Vaqifin dediyinə görə, sürətli oxu bacarığına həvəs onda 2015-ci ildə yaranıb. Kursa yazılan və bu istedadını təkmilləşdirən Vaqif indi müəllimindən belə çox söz oxuyur.

Vaqifin atası Bəxtiyar Rüstəmov oğlunun yaşıdlarından fərqləndiyini bildirərək, ona bacardıgı qədər hər bir sahədə yardımçı oldugunu deyir. Övladının "Ginnesin Rekordlar Kitabı"na düşməsini arzulayan ata bunun üçün də səylərini əsirgəmir.

Hazırda Vaqif Rüstəmov bədii əsərlərlə yanaşı şeirləri də bir dəfəyə oxuyub əzbərləmək üzərində çalışır. Buna görə o, hər gün çalışır və söz oxuma sürətini artırır. Yeniyetmə həmçinin sürətli oxu öncəsi gözlərini xüsusi proqramla - metronom texnikası ilə də məşq etdirir. // Xezerxeber.az

 









Redaktorun seçimi