Qazax şagird Kadırovun uşaqlarına meydan oxudu - VİDEO

Hit: 646
Qazax şagird Kadırovun uşaqlarına meydan oxudu - VİDEO

Almatıda kikboksinqlə məşğul olan 10 yaşlı Abay Tajibay Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun oğlanlarını döyüşə çağırıb. Yeniyetmə idmançı bu barədə videomüraciət hazırlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Tengrinews.kz məlumat yayıb.

“O, kikboksinqlə biz Astanada yaşadığımız illərdən etibarən, səkkiz ildir ki, məşğul olur. Həmin vaxt o, həmyaşıdları arasında çempion olmuşdu, iki ildən sonra 10 yaşlılar arasında şəhər çempionu oldu.

Bir il əvvəl “Axmat” klubunun liqasında döyüşlər keçirildi; Kadırovun uşaqları 10 yaşlılar üçün nəzərdə tutulan yeganə peşəkar MMA kəmərini sahib oldu, Abay onları döyüşə çağırmaq üçün şövqə gəldi.

Həmin vaxt ona icazə vermirdik, çünki güləşmək bacarığı yox idi. Ancaq sonradan inadkarlıqla güləşlə məşğul olmağa başladı və indi artıq döyüşə hazırdır”, - deyə Almat Tajibayın atası bildirib.









Redaktorun seçimi