“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışı efirə getdi – FOTOLAR

Hit: 514
“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışı efirə getdi – FOTOLAR

“Pole çudes” verilişinin Azərbaycana və Beynəlxalq çay gününə həsr olunmuş buraxılışı efirə gedib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, verilişdə Azərbaycan mahnıları səsləndirilib. Bundan əlavə studiya xalçalar, meyvələr və Azərbaycandan gətirilmiş şirniyyatlarla bəzədilib.

Aparıcı Leonid Yakuboviçin köməkçiləri Azərbaycan milli geyimlərində olublar.

Verilişin qonaqlarından biri şoumen Murad Dadaşov Yakuboviçə mürəbbə, neft, üzərində futbolçuların imzası olan “Qarabağ”ın formasını  və komandanın Çempionlar Liqasında oynadığı topu hədiyyə edib.

Murad Dadaşov həm oyunun, həm də “super oyunun” qalibi olub. 

Faktor.az

 









Redaktorun seçimi