Qız internetdə idman ayaqqabısı sifariş etdi, peşman oldu - FOTO

Hit: 1490
Qız internetdə idman ayaqqabısı sifariş etdi, peşman oldu - FOTO

İnternet vasitəsilə alış-verişin belə tərəfləri də var - məhsulu yerindəcə seçib götürə bilmirsənsə, o zaman istənilən sürprizə hazır ol.

Faktor.az  xəbər verir ki, bu qız "alıexpress" onlayn-mağazasından belə bir idman ayaqqabısı sifariş edib.

idman-ayaqqabisi

Pulunu ödəyib və həsrətlə məhsulun yolunu gözləyib. Nəhayət, həmin an gəlib çatıb və qız bağlamanı açarkən qarşısında bunları görüb.

idman-ayaqqabisi

 

"İstedadlı" çinlilər təkcə ölçü və rəngdə yanılmayıblar, onlar həm də təyinatı bəlli olmayan bir məhsul hazırlayıblar. Sifarişçi aldığı məhsulun fotolarını sosial şəbəkələrdə paylaşıb və bu fotolar sürətlə bütün dünyanı bürüyüb. Alış-veriş uğursuz olsa da, baş verənlər milyonlarla insanı güldürməklə pozitiv rəng alıb.

idman-ayaqqabisi

Qısası, internet vasitəsilə alış-veriş edərkən iki dəfə düşünün!









Redaktorun seçimi