Bu güləşçilərə cinsi əlaqədə olmaq qadağan edilib - FOTOLAR

Hit: 806
Bu güləşçilərə cinsi əlaqədə olmaq qadağan edilib - FOTOLAR
Bir çox ölkələrdə fərqli növü mövcud olan güləşin Hindistanda “Kuşti” adlanan ənənəvi növü mövcuddur.

Faktor.az ölkə.az-a istinadən xəbər verir ki, “Kuşti” güləşi məşğul olan idmançılar çox ağır idman prosesindən keçir və həmin şəxslərə müəyyən qadağalar var.

Hind güləşçilər “Quru” adlanan usta güləşçi tərəfindən təlimdən keçir. Sadəcə “çapati” adı ilə bilinən çörək, süd, badam, yumurta və müəyyən edilmiş ət məhsulları ilə qidalana bilərlər.

Yemək qadağası ilə yanaşı bu idmançılara siqaret çəkmək, spirtli içki qəbul etmək və cinsi əlaqədə olmaq da qəti qadağandır.

“Axtara” adlandırılan güləş meydanında antiseptik tərkibli yağlarla isladılaraq palçıqlı hala gətirilir.

Yuxarıda qeyd edilən qadağalara riayət etməyən idmançılara isə ustaları ağır cəzalar verir.









Redaktorun seçimi