Azərbaycanda cinlərlə yaşayan ailə: - "Uşaqlarım qorxusundan evə gələ bilmir, evdən dəhşət fısıltılar gəlir"

Hit: 763
Azərbaycanda cinlərlə yaşayan ailə: - "Uşaqlarım qorxusundan evə gələ bilmir, evdən dəhşət fısıltılar gəlir"

Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsinin evində gözəgörünməyən məxluqlar peyda olub.

Ev sahibi Səməndar Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, onlar 10 ildən yuxarıdır ki, cinlərlə bir evdə yaşayır:

"Evdən dəhşət fısıltılar gəlir. Elə bil heyvan yatıb. 10 il olar ki, həmin fısıltılar qeybə çəkilmişdi. İndi bir aydan artıqdır ki, yenə fısıltılar gəlməyə başlayıb. Onlar gözə görünmür. Fısıltı gələndə yuxudan ayılırıq. Sanki evin polunu qaldıracaq. Uşaqlarım qorxusundan evə gələ bilmir. Deyirəm gəlin polu söküb baxaq, uşaqlar qoymur. Deyirlər polu sökən kimi gözüəgörünməz məxluqlar çıxacaq və bizi öldürəcək. İcra nümayəndəsi, bələdiyyəyə məlumat vermişik".

 

Səməndər Əliyev qeyd edib ki, gündüz həyat yoldaşını evdə tək qoyub kəndə çıxa bilmir:

 

"Bu nə qədər davam edəcək? Kənd camaatı deyir ki, evdə cinlər var, onları çıxarmaq lazımdır. Bu saatdan sonra hara gedim, necə ev tikim? Camaat deyir ki, rayonda molla var, gedin ona baxdırın. Düzü, mən də mollaya inanan adam deyiləm. Molla da deyəcək ki, evdəki cindir".









Redaktorun seçimi