Dünyanın ən yaraşıqlı canisi milyarderin qızı ilə kef çəkir - FOTOLAR

Hit: 3685
Dünyanın ən yaraşıqlı canisi milyarderin qızı ilə kef çəkir - FOTOLAR

32 yaşlı amerikalı Ceremi Miks britaniyalı milyarder, TopShop şəbəkəsinin sahibi Fil Qrinin qızı Xloya Qrinlə birlikdə ABŞ-ın Los-Anceles şəhərindəki otellərdən birində istirahət edir.

Ceremi Miks 2014-cü idə ABŞ-da həbs olunarkən polis idarəsində çəkilmiş fotosu sosial şəbəkələrdə yayılan və "dünyanın ən cazibədar cinayətkarı" kimi tanınmış Ceremi Miksin xanımıdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşlı Mikslə 26 yaşlı Qrin oteldə əylənərkən paparassilərin kameralarından yayına bilməyiblər.

Hloya Qrin və Ceremi Miks dünən Türkiyənin Bodrum sahillərində, "Hazar Yıldızı" ("Xəzər ulduzu") yaxtasında dincəliblər. Bu superlüks yaxtanın həftəlik kirayə qiyməti 150 min dollardır. Yaxtadakı istirahətin fotolarını ilk əvvəl Hloya İnstagram-dakı profilində paylaşmışdı. Sonradan həmin fotolar mediada dərc olunmuşdu.

Bu fotolar mediada yer alandan sonra Ceremi Miksin 38 yaşlı arvadı ondan boşanmaq niyyətini açıqlamışdı.

38 yaşlı Melissa Miksin dediyinə görə, ABŞ-ın Müstəqillik Günü olan iyulun 4-ü əri ilə yox, 3 övladı - Elianna, Robert və Ceremi ilə bacısı Mişel Kerlin evində bayram edib.

Melissa Los-Anceles şəhərinin yaxınlığındakı Mantekada, 317 min dollarlıq evdə yaşayır.

TopShop şəbəkəsinin sahibi F.Qrinin 5,1 milyard dollarlıq varidatı var.

Faktor.az

1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi