Hamilə modelin bədənini görənlər gözlərinə inanmır - FOTOLAR

Hit: 1026
Hamilə modelin bədənini görənlər gözlərinə inanmır - FOTOLAR

33 yaşlı fitness-model Sara Steyc ikinci övladına hamilədir. O, hamiləliyin 5-ci ayında olsa da, xarici görünüşünə baxarkən bunu demək olmaz. Belə ki, modelin qarnı nəinki çıxmayıb, bədən quruluşu da həmişəki kimi incə və qüsursuzdur.

Faktor.az ailem.az-a istinadən bildirir ki, Sara hələ birinci hamiləliyi zamanı sosial şəbəkədə paylaşdığı fotolarla məşhurlaşıb. O vaxt Sara aktiv şəkildə idmanla məşğul olurdu. Məhz bunun sayəsində hamiləliyinin 9-cu ayında belə, qarnı demək olar ki, bilinmirdi. Buna görə model tənqid atəşinə tuş gəlmişdi, hamilə vaxtı idmanla çox məşğul olmağın uşağa ziyan olduğu deyilirdi. Bütün bu qınaqlara baxmayaraq, Sara tamamilə sağlam oğlan uşağı dünyaya gətirdi.

İndi o, ikinci övladına hamilədir. 5 aylıq hamilə olsa da, onun bədəni mükəmməl görünür. Bədən quruluşu və xarici görünüşü demək olar ki, heç dəyişməyib. Model bunun sirrini genetika və müntəzəm idmanla əlaqələndirir.

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi