İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

Hit: 659
İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

İflic xəstəliyi keçirənlərin klaviaturada mətn yığması üçün xüsusi cihaz hazırlanıb. Məxsusi proqram təminatı iflic xəstəsinin beynini kompüterlə əlaqələndirməyə imkan verir. Aparatı hazırlayan ABŞ-ın Stenford Universitetinin alimləri təsdiq edirlər ki, cihaz iflicdən əziyyət çəkənlərin sözlərini böyük dəqiqlik və sürətlə kompüterə ötürməyə, displeydə mətn şəklində əks etdirməyə qadirdir.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, iflic keçirənin beynini kompüterlə sözün daşıyıcısı olan sinir impulslarını ötürən kabel birləşdirir. Məxsusi yaradılmış alqoritmlər sayəsində xəstənin düşündüyü söz və ifadələrin monitorda mətnə çevrilməsi baş verir.

Cihazın köməyi ilə ünsiyyət qurmaq üçün o qədər də mürəkkəb olmayan qısamüddətli təlim keçmək lazımdır.









Redaktorun seçimi