Sibel Candan övladlarına 3 qadağa

Hit: 458
Sibel Candan övladlarına 3 qadağa

Müğənni Sibel Can övladlarına daha bir qadağa qoyub.

Faktor.az axşam.az-a istinadən bildirir ki, o, böyük oğlu Engincanın filmə çəkilməsinə icazə verməyib.

Övladlarının aktyor və ya aktrisa kimi özünü sınamasını istəməyən sənətçi bundan əvvəl də qoyduğu qadağaları ilə gündəmə gəlmişdi. 

Belə ki, o, qızı Melisanın siqaret çəkməyinə, oğlu Emirin isə İnstaqramda sevgililəri ilə çəkdirdiyi fotoları paylaşmağına qarşı çıxıb. Buna görə, Melisa siqaret çəkməyi tərgidib, Emir isə qızlarla olan şəkillərini sosial şəbəkədən silib. 

Qeyd edək ki, Sibel Can tez-tez övladlarına bahalı hədiyyə almaqla gündəmə gəlir.









Redaktorun seçimi