Belçikadakı Qarabağ atı bizə nə qazandırır? - VİDEO

Hit: 1854
Belçikadakı Qarabağ atı bizə nə qazandırır? - VİDEO
Bir neçə gün öncə Belçikanın Ham şəhərinin mərkəzində Qarabağ atına abidə ucaldıldı. Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidənin Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilməsi və şəhərin mərkəzi meydanında ucaldılması sözsüz ki, Belçikada Azərbaycan icmasının effektiv və keyfiyyətli fəaliyyətindən xəbər verir.

Bəlkə bəzi insanlar belə düşünə bilərlər ki, Qarabağ atına abidənin qoyulmasının nə mənası var? Məncə, bu fikrə düşənlər yanılırlar.

- Birincisi, Qarabağ atlarının Azərbaycan tarixində xüsusi yeri var. Bilirsiniz ki, Azərbaycana səfər edən səyyahlar hər zaman Qarabağ atları ilə bağlı təəssüratlarına xüsusi yer ayırıblar;

- İkincisi, abidə ilə maraqlanan Avropalılar bir daha Azərbaycanın və Qarabağın hansı coğrafi reyflədə yerləşdiyi barədə məlumatlana bilərlər;

- Üçüncüsü, abidənin Avropanın əsas dövlətlərindən olan Belçikada mövcudluğu erməni diasporunu narahat edəcək ki, Qarabağ kəlməsi abidənin üzərindədir;

- Dördüncüsü, abidə Belçika-Azərbaycan arasında körpü qurulmasında rol oynaya bilər.

Bu kimi təşəbbüslər digər ölkələrdə gerçələşərsə, Azərbaycanı tanıyan və dəstəkləyən insanların sayı daha da artacaq.

Abidənin açılışında çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.

“Öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ Atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzidir”, - deyə mer bildirib.

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri Fuad İsgəndərov isə öz çıxışında, Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib, bunun, təlatümlərlə zəngin bu günki dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib.

Belçikanın tanınmış hln.be (http://m.hln.be/regio/ham/azerbeidzjan-schenkt-paard-van-quarabagh~a727f046/) və hbvl.be (http://www.hbvl.be/cnt/bldma_02801652/azerbeidzjan-schenkt-standbeeld-aan-ham) saytları Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçinin təşəbbüsünə diqqət ayırıb.

“Ayxan Dəmirçinin təşəbbüsü iki ölkə arasında dostluq əlaqələrinin inkişafına xidmət edir. 55 il bundan öncə Belçikanın Ham şəhərinə köçən azərbaycan əsilli türklər bu gün Belçikada Azərbaycanla əlaqələrin qurulmasına çalışırlar. Bu gün Ham şəhərində 150 ailə yaşayır. Məhz, Belçikaya gəlmələrinin 55 illiyi ilə əlaqədar Qarabağ atını hədiyyə edirlər”, - deyə Belçika mediası qeyd edib.

Mədəniyyət və idman bir ölkənin təbliğatı üçün ən yaxşı vasitədir. Qarabağ Futbol Klubunun Avropa liqalarında iştirakının Azərbaycanın təbliğatında hansısa güclü rola malik olduğunu yaxşı bilirik. Demək ki, abidənin qoyulması informasiya təbliğatının məntiqi davamıdır.

Abidənin gerçəkləşməsində böyük zəhmət olan və Ham şəhər rəhbərliyi ilə danışıqlar aparan Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi şəxsiyyəti söz açmaq istərdim.

Ayxan Dəmirçini illərdir ki, tanıyıram. İllər öncə Türkiyədən Belçikaya köç edən azərbaycan əsilli türklərdəndir. Onun Azərbaycan sevdalısı olduğunu Avropada bilməyən yoxdur. Azərbaycan-Belçika Dostluq Cəmiyyətini formalaşdıraraq, Azərbaycanla bağlı nəzərə çarpacaq işlər görür. Ayxan Dəmirçin sözlə yox, əməllə çalışan insanlardandır. Azərbaycan-Belçika dostluq körpüsünün əsas memarlarından biri sayılır. Bir məsələni diqqətinizə çatdırım ki, Ayxan Dəmirçinin oğlu Erxan Dəmirçi də Belçikanın məşhur komediya aktyorlarındandır. Özünü Azərbaycan türk sayır və bunu hər zaman fəxrlər bildirir.

Qeyd edim ki, hətta o ofissiz iş aparır. Ayxan Dəmirçi ofissiz vətən üçün işlər görür. Bu gün Avropada diaspor fəalları tanıyıram ki, onların ofisləri yoxdur. Qəlbdən Azərbaycan üçün fəaliyyət göstərirlər. Fəaliyyət göstərən insan üçün məkanın elə də əhəmiyyəti yoxdur. Yetər ki, istək və arzu olsun.

Elnur Eltürk

 









Redaktorun seçimi