91 yaşlı qadın ərindən 4 dəqiqə sonra öldü

Hit: 765
91 yaşlı qadın ərindən 4 dəqiqə sonra öldü

Böyük Britaniyada yaşlı qadın ərinin ölümündən 4 dəqiqə sonra dünyasını dəyişib.

Onlar 70 il nikahda olublar. Cütlük ayrılıq anında bir-birindən ayrı olub. Belə ki, Uilf Rassel, ikinci dünya mühariubəsinin iştirakçısı olaraq, 93 yaşında idi. Əqli zəiflik diaqnozuna görə yaşlılar evində qalırdı. Onun 91 yaşlı xanımı Vera Rassel isə bu ilin yanvar ayından xəstəxanada qalırdı. Cütlüyün qohumları danışıblar ki, qadının səhhəti birdən-birə pisləşib. Buna səbəb isə əqli zəiflik və yaddaşsızlıqdan əziyyət çəkən yoldaşının onu tanımaması olub.

29 mart, saat 6.50 radələrində Uilf yaşlılar evində dünyasını dəyişib. Ondan 5 kilometr aralıda, 4 dəqiqə sonra, saat 6.54-də isə Vera dünyaya gözlərini qapadıb. Qadın ərinin dünyasını dəyişməsi barədə son ana qədər məlumatsız olub.

Uilf Vera ilə nişanlananda onun cəmi 16 yaşı olub. Amma toyları olduqca gec, ikinci dünya müharibəsindən sonra baş verib. 5 sentyabr 1945-ci ildə evlənən cütlük hər zaman mehriban həyat tərzi keçirib.//musavat.com









Redaktorun seçimi