Azərbaycanlı Kamilla: - "Erməni Kardaşyanı çox sevirəm" - FOTOLAR

Hit: 3135
Azərbaycanlı Kamilla: - "Erməni Kardaşyanı çox sevirəm" - FOTOLAR

"Kanadanın Toronto şəhərində, azərbaycanlı ailəsində doğulmuşam. Şəhərin şimalındakı Riçmond səmtində yaşayırdıq".

22 yaşlı Kamilla Osmanın dediyinə görə, indi çox məşhur olmasına sevinir.

Milli.Az bildirir ki, Torontodakı "The Star" qəzetinə verdiyi müsahibəsində azərbaycanlı Kamillanın dediyinə görə, "Richmond Hill High School"da oxuyanda sinif yoldaşları onu "Kim Kardaşyan" deyə, çağırardılar.

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış Kim Kardaşyanı əvvəllər tanımadığını deyən Kamilla sözlərinə belə davam edib: "Bizdə kabel televiziyası olmadığından Kardaşyanlar ailəsinin populyar "Keeping Up with the Kardashians" realiti-şousuna baxa bilmirdim. Sonra Kim Kardaşyanın internetdə fotolarına baxdım. Söz yox, Kardaşyan gözəl qadındır. Amma ona çox bənzədiyimi sanmıram. Simam, saçlarım, qaşlarım ona bənzəyir. Bəlkə də buna görə məni onunla müqayisə edirlər".

Kamilla Osmanın dediyinə görə, Kim Kardaşyanın pərəstişkarıdır: "Onu çox sevirəm, çünki Kim Kardaşyan dünyanın ən gözəl qadınlarından biridir. Amma özüm olmaq istəyirəm. 15 yaşım olanda dodaqlarımın ölçülərini böyütdüm. Dodaqlarım atamın dodaqlarına bənzəyir: anamın dodaqları iridir. Burnumda çəpər əyriliyi olduğundan rinoplastika əməliyyatına da məruz qalmışam. Daha sonra burnumun ölçülərini dəyişdim".

Kamilla Osmanın məşhurluğu Kim Kardaşyanın  Twitter profilində onunla fotosunu paylaşmasından sonra başlanıb.

"Baxın, görün kimlə qarşılaşdım - Kamilla Osman! Deyirlər ki, bir-birimizə çox bənzəyirik. O gözəl və şən qızdır. Sənin iştirakınla "Keeping Up with the Kardashians"ın seriyasını gözləyirəm.

Kamilla "Keeping Up with the Kardashians" realiti-şousuna qatılıb.

İndi o, Kim Kardaşyanın "əkiz"i kimi tanınmaq istəmir.

Kamillaosman.com saytını yaratmış Kamillə model və müğənni karyerasına başlamaq niyyətindədir. R&B janrında oxumaq niyyətində olan Kamillanın sözlərinə görə, Rianna və Brayson Tillerin ifalarını çox sevir.

Onun İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı isə artıq 389 min nəfəri keçib.

Elle jurnalına verdiyi müsahibəsində Kamilla Osman deyib: "Özüm olmaq istəyirəm və kiminsə kölgəsi kimi tanınmaq fikrindən uzağam".

1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi