Məşhur romantik mahnının sirri açıldı - toyunuzda səsləndirməyin! - VİDEO

Hit: 1525
Məşhur romantik mahnının sirri açıldı - toyunuzda səsləndirməyin! - VİDEO

Müğənni Ceyms Blant illər əvvəl təqdim etdiyi "You're Beautiful" mahnısının sirrini açıb.

Faktor.az axşam.az-a istinadən bildirir ki, hər kəsin romantik hesab etdiyi və toyunda ilk rəqs kimi eşitmək istədiyi mahnının mənası başqa imiş.

Müğənni bu yaxınlarda müsahibəsində bu barədə danışıb:

"Bu mahnıya görə məni ümidsiz romantik kimi adlandırmaqlarından bezdim. Hamı elə fikirləşir ki, mən həlim xasiyyətli, ideal biriyəm, həqiqətdə isə bu, belə deyil. Bu mahnı romantik deyil. Deməli, narkotik maddə təsiri altında olan bir oğlan metroda başqa birisinin sevgilisi ilə rastlaşır və həmin an da qızın öz sevgilisi gəlib çıxır. İndi bu narkoman ya susmalıdır, ya da seksual təcavüzə görə türməyə düşəcək. Mahnı bundan bəhs edir".









Redaktorun seçimi