Deniz Çakırdan azərbaycanlıya jest - VİDEO

Hit: 1170
Deniz Çakırdan azərbaycanlıya jest - VİDEO

Məşhur türkiyəli aktrisa Deniz Çakır azərbaycanlı gəncin videosunu paylaşıb. 

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Eşkiya dünyaya hükümdar olmaz" serialının qəhrəmanı Deniz həmyerlimiz Nahid Abbaszadənin serialla bağlı hazırladığı videonu öz rəsmi səhifəsində izləyiciləri ilə bölüşüb. 

Həmin görüntüləri 300 minə yaxın insan izləyib. Deniz isə "Nə şirinsiz" şərhini yazıb. Bu paylaşım Nahidə 22 min izləyici qazandırıb.

Bundan əvvəl isə həmin "vine" ilə bağlı Türkiyənin ATV kanalı sujet hazırlayıb. 

Azərbaycanlı gənc açıqlamasında deyib ki, Denizin paylaşdığı video onun ilk işidir:

"Dostlarımın izləməsi üçün maraqlı videolar hazırlayırdım. Həmin videom başqa serialların instaqram səhifələrində paylaşıldı. "Eşkiya dünyaya hükümdar olmaz"la bağlı görüntülər çəkməyimin səbəbkarı Deniz Çakırdır. Onu çox sevirəm, sağ olsun, qiymətləndirdi, rəsmi səhifəsində paylaşdı. İlk videom Denizlə bağlı oldu".









Redaktorun seçimi