Nur Yerlitaş "İşte benim stilim"i tərk etdi

Hit: 606
Nur Yerlitaş "İşte benim stilim"i tərk etdi

"İşte benim stilim"in münsif kürsüsündə oturan Nur Yerlitaş proqramı tərk edərək xəstəxanaya yatıb.

Faktor.az axşam.az-a istinadən xəbər verir ki, dünən gecə çəkilişlərdən sonra özünü narahat hiss etdiyini deyən "Nurella" studiyadan ayrılıb. Onun bu narahatlığına münsif heyətinə bu mövsüm daxil olan Kərimcan Durmazın səbəb olduğu deyilir. Nur proqramda ona heç bir deməsə də, gənc oğlanın münsifliyindən narazıdır.

Proqramın prodüserləri isə bu gün artıq xəstəxanadan çıxan Yerlitaşın bir həftə icazəli olduğunu bildiriblər. Lakin modelyerin yarışmaya dönmək istəmədiyi xəbəri yayılıb. O, İnstaqramda paylaşım edərək "Yoruldum. Deyəcəklərim bu qədər" yazıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl N.Yerlitaş digər münsif İvana Sertlə də qalmaqal yaşamışdı.









Redaktorun seçimi