Evlilik proqramları bağlanır: - "Lazım deyil o reytinq"

Hit: 497
Evlilik proqramları bağlanır: - "Lazım deyil o reytinq"

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, o, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

N.Kurtulmuş bu proqramların adət-ənənəyə, inanclara və mədəniyyətə zidd olduğunu, türk ailəsinə yaraşmadığını bildirib:

"...Deyirlər, reytinqi yüksəkdir. Lazım deyil o reytinqlər. Ailə institunu məhv edirlər, ailə məhrəmiyyətini, sirrini dağıdırlar. Çox əcaib proqramlardır. Qarşıdakı müddətdə böyük ehtimallar verilişlərin bağlanması üçün qərar qəbul ediləcək".









Redaktorun seçimi