Bu şəhərdə köhnə avtomobillər qadağan ediləcək

Hit: 770
Bu şəhərdə köhnə avtomobillər qadağan ediləcək

İspaniyanın paytaxtı Madridin rəhbərliyi köhnə avtomobillərin hərəkətini qadağan etməyi planlaşdırır.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu addım benzinlə işləyən və 2000-ci ildən əvvəl qeydiyyata alınan maşınlara və dizellə işləyən avtomobillərə şamil olunacaq.

Şəhər meriyasının yaydığı məlumatda qeyd olunur ki, 2020-ci ildən etibarən bu avtomobillərə yerüstü parkinq qadağan olunacaq, 2025-ci ildən isə onların istifadəsi tamamilə qadağan olunacaq.

Qeyd olunur ki, bu addımlar şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün atılacaq.









Redaktorun seçimi