Esra Erola şok ittiham: - "Hamısı aktyordur"

Hit: 501
Esra Erola şok ittiham: - "Hamısı aktyordur"

Esra Erolun aparıcılıq etdiyi evlilik verilişi ilə bağlı növbəti şok iddia ortaya atılıb.

Faktor.az axşam.az-a istinadən bildirir ki, E.Erolun verilişindən ayrılan gəlin namizəd verilişdə olanlar haqda inanılmaz sözlər söyləyib. 

37 yaşlı Ayça adlı xanım namizəd İnstagram-dan canlı yayım edərək verilişdə yaşanan hadisələrin ssenari üzərində qurulduğunu bildirib:

"Gündəlik pul alırdıq. Bəy namizəd Ahmetlə sevgi yaşamadım. Birlikdə yeməyə də getmədik. Sadəcə, hər şey quramadır. Onun proqramda mənim barmağıma taxdığı üzük anamın Ümrə ziyarətindən gətirdiyi üzükdür".

O, həmçinin deyib ki, verilişə qatılan hər kəslə müqavilə bağlanır və namizədlərə reytinqinə görə gündəlik məbləğlər ödənir. Studiyada oturanlar içində ən çox pulu isə Caner adlı bəy namizəd qazanır:

"Bir sözlə, orda olanların hamısı aktyorluq, Esra isə rejissorluq edir".









Redaktorun seçimi