Balakəndə 11 əsrə şahidlik edən ağac - VİDEO - FOTOLAR

Hit: 1275
Balakəndə 11 əsrə şahidlik edən ağac - VİDEO - FOTOLAR

Balakənin Katex kəndində, yol kənarında yerləşən dağdağan ağacı yerli sakinlərlə yanaşı, yolu bu kənddən keçən turistlərin də daim diqqət mərkəzindədir.

Faktor.az
ARB Şəki-yə istinadən xəbər verir ki, 11 əsrə şahidlik edən bu maraqlı ağacı yüzilliklər boyu əhali inanc yeri kimi ziyarət edir.

Hələ 15 əsr bundan öncə dağdağan ağacının yerləşdiyi bu ərazidə böyük Qafqaz səddi adlanan hündür qala divarları mövcud olub. Şəkidən başlayan həmin sədd Balakənə, oradan da İberiyanın içərilərinə kimi tikilib. Həmin bu dağdağan ağacı bəlkə də səddin inşa edildiyi ilk illərdə, bəlkə də bir neçə əsr sonra qədim divarların içərisində bitib. Bu gün həmin abidə qalmasa da, ağac sakinlər tərəfindən qorunur. Yerli sakinlərlə yanaşı, bu ərazidən keçən əcnəbi və yerli turistlər də ağacı ziyarət etdikdən sonra yollarına davam edirlər.

Nurməhəmməd Herovasov - Kənd sakini: "İngilislər çox olur. Almanlardan 1 nəfər rast gəlib ya 2 nəfər. Qalan hamısı ingilisdir. Kanadadan, Londondan gələnlərdir".

Tarixçi alimlər isə ağacın tarixçəsini bu cür izah edirlər.

Akif Məmmədli - Tarixçi: "Ağac Azərbaycanın Şimal-Qərb bölgəsində 1000 ilin şahidi olan və o adətləri, ənənələri özündə daşıyan bir simvoldur. Necə ki, deyiblər adətlər, ənənələr bir xalqın güzgüsüdür".

Kənd sakinləri ağacı gələcək nəsillərə ötürmək üçün indi əllərindən gələni edirlər.

1
1
1
1
1








Redaktorun seçimi