Alimlər ŞOKDA: - İnsan öldükdən 10 dəqiqə sonra...

Hit: 1836
Alimlər ŞOKDA: - İnsan öldükdən 10 dəqiqə sonra...

Kanadalı alimlər “tibbi ölüm” anlayışının yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcək bir araşdırmaya imza atıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma beynin ölümdən sonra daha 10 dəqiqə çalışdığını müəyyən edib.

Beynin insan öldükdən sonrakı vəziyyətini araşdıran alimlər onun daha 10 dəqiqə ərzində delta dalğaları yaydığını müşahidə ediblər. Alimlər bu dalğaların normalda insan dərin yuxuda olarkən yayıldığına diqqət çəkirlər.

Həkimlərə görə, həyatını itirən bəzi xəstələrin beyni ölümdən sonra 10 dəqiqə ərzində dərin yuxuda olan bir insanın beyni kimi çalışır.

Bununla belə, alimlər bildirirlər ki, ölüm sonrası həyat üçün bunun nə anlama gəldiyindən bəhs etmək hələ tezdir.

Faktor.az









Redaktorun seçimi