Bülent Ersoy kişi vaxtlarının fotosunu paylaşanı məhkəməyə verdi

Hit: 963
Bülent Ersoy kişi vaxtlarının fotosunu paylaşanı məhkəməyə verdi

Bülent Ersoy cinsiyyətini dəyişdirmədən öncəki fotolarını paylaşan həmkarı Onur Akayı məhkəməyə verib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, o, həmkarından keçən il paylaşdığı foto üçün 50 min lirəlik (təxminən 25 min manat) mənəvi təzminat tələb edib.

Onur bu məsələ ilə bağlı açıqlama verərkən bunları deyib:

"O fotoları paylaşandan dərhal sonra dostlarımdan biri Bülent xanımın məni məhkəməyə verəcəyini dedi. Həmin fotolarda Bülent xanım çox sevdiyi sənətçi Müzeyyen Senarın ayaq basdığı yeri öpürdü. Amma özünün ayaq basdığı yerləri öpənləri görməməsi məni sarsıtdı. Həmçinin onun vəkili Aydın Qurban da məni tezliklə tapa bilərdi. 

Görünür, onlar mənim mərhum sənətçi Halil Soyuer və Semahat Özdensesin mənəvi oğlu olduğumu unudub. Bülent xanım məni məhkəməyə verməkdə bir az gecikib. Heyif ki, onu nə qədər sevdiyimin başa düşmədi. Mən də "sevdim" deməyə geciksəm də, onun məni nə qədər sevdiyini məhkəmə vasitəsilə öyrəndim. Təşəkkür edirəm, Bülent bacım".

Qeyd edək ki, 1981-ci ildə cinsiyyətini dəyişdirən Bülent Ersoy əvvəlki illərinə aid görüntülərinin mətbuatda yayımlanmaması üçün məhkəməyə müraciət etmişdi.









Redaktorun seçimi