20 yaşlı qız xərçəng şişini doğdu

Hit: 1440
20 yaşlı qız xərçəng şişini doğdu

Hamiləlik testi müsbət çıxan qadın 8 həftə boyunca uşaq gözlədiyini sanıb, ancaq qanaxmayla xəstəxanaya çatdırılınca nadir xəstəliyə mübtəla olduğu məlum olub

Alisa Hall bir gün səhər oyanınca hamiləlik testi etmək qərarına gəlir. 20 yaşlı qızın testi müsbət çıxınca həkimə gedib təsdiq etdirməyə qərar verib. Həkim onun 4 həftəlik hamilə olduğunu bildirib.
 
Sevgilisiylə hələ 9 aydır birlikdə olan gənc qız uşaq sahibi olmağı hələ düşünmürdü. Ancaq sevgililər bu xəbərə sevinirlər.

Milli.Az Mirror-a istinadən xəbər verir ki, böyük bir həyəcan keçirən və hazırlıqlara başlayan cütlük 8 həftə sonra Alisada qanaxma olunca sarsılıb. Təcili olaraq xəstəxanaya aparılan Alisaya uşağı saldığı deyilib.

O, yenidən test edib, nəticə isə hələ də hamilə olduğunu göstərib. Hormon miqdarında da böyük artım müşahidə edilib. 1 həftə sonra Alisa təkrar sancıyla xəstəxanaya çatdırılıb.

Həkimlər onun bətnində bir şişin olduğunu fərq ediblər, ancaq bu, hamiləliyə heç bənzəmirdi. Mütəxəssislər bunun nə olduğunu heç cür müəyyən edə bilməyiblər.

Londonda daha böyük bir xəstəxanaya yerləşdirilən Alisaya hestasion trofoblastik şiş (gestational trophoblastic neoplasia) diaqnozu qoyulur. Yəni Alisanın bətnində böyüyən körpə deyil, bir şiş olub. Edilən testlər nəticəsində şişin bədxassəli olduğu müəyyən edilir.

Olduqca nadir görünən xəstəlik İngiltərədə yalnız iki xəstəxanada müalicə edilə bilərdi. Əməliyyatı təhlükəli idi - qanaxmadan ölə bilərdi.

Alisa bir səhər doğum sancısına bənzər bir sancıyla oyanır. Həkiminə zəng edərək həqiqətən doğum etdiyini söyləyir. Xəstəxanaya çatdırıldıqda Alisanın 450 qram ağırlığında həmin şişi saldığı məlum olub.

Faktor.az









Redaktorun seçimi