64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Hit: 917
64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

İspaniyanın Burqos şəhərində 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, "Rekoletas" xəstəxanasında suni mayalanma yolu ilə uşaq sahibi olan ananın bir oğlu və bir qızı olub. Bu hadisə tibb tarixində möcüzə hesab edilir.

Bu qadının həmin xəstəxanada 6 il öncə də sağlam bir övlad dünyaya gətirdiyi məlum olub.

Qeyd edək ki, dünyada uşağı olan ən yaşlı qadın hindistanlı Daljinder Kaurdur. O, 2015-ci ildə 70 yaşında ana olmuşdu.









Redaktorun seçimi