Xaçmazlının inanılmaz bacarığı: 400 nömrəni əzbər bilir - VİDEO - FOTOLAR

Hit: 1076
Xaçmazlının inanılmaz bacarığı: 400 nömrəni əzbər bilir - VİDEO - FOTOLAR

“ARB Günəş” telekanalında maraqlı reportaj yayımlanıb.

Faktor.az
xəbər verir ki, Xaçmaz rayonu, Əhmədoba kənd sakini Qüdrət Xələfzadə 400 telefon nömrəsini əzbər yadda saxlayır. O, 8-ci sinifdə oxuyandan bu vərdişə yiyələnib.

"10-cu, 11-ci sinifi bitirənə kimi 150-200 dənə nömrə bilirdim. Getdikcə şükür Allaha qohumların, qonum-qonşunun yaşadığım yerin, respublikanın, Rusiyanın və digər ölkələrin nömrələrini tam olaraq artırmağa çalışıram".

Belə ki, telefon nömrələri ilə bağlı qəhrəmanımızın başına maraqlı hadisələr də gəlib:

"Bir gün dostum məndən xəbərsiz mərc edib və məni çağırıb. Xəbərim yox idi. Getmişəm, 2 nəfər oturub, məni də çağırıb nömrə ilə bağlı. 200-dən yuxarı sərbəst nömrə dedim. Yoldaş dedi ki, artıq bəsdir, məni qane etdi.

Qəhrəmanımız öz bacarıqlarını uşaqlarına da aşılayır:

"Uşaqlıqda digər zəka oyunlarla da məşğul olurdum. Öz övladlarımda da bunu keçirdirəm və çox istəyirəm ki, uşaqlarım da elmi və savadı yüksək, gələcəyə nümunaəvi bir insan olsunlar".

Qüdrət Xələfzadə gələcəkdə bu vərdişini təkmilləşdirmək niyyətindədir. Onun məqsədi əzbərlədiyi nömrələrin sayını bir neçə dəfə artırmaq və rekorda imza atmaqdır.

1
1
1
1
1
1








Redaktorun seçimi