Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək

Hit: 1052
Müğənni oğlunun dayəsinə hər ay 15 min pul verəcək

Yanvarın 9-da ana olan tanınmış türkiyəli müğənni Gülşənin şəxsi həyatı ilə bağlı bəzi məqamlar açıqlanıb. 

Faktor.az Lent.az-a istinadən xəbər verir ki, bəstəkar Ozan Çolakoğlu ilə evli olan Gülşənin hər konsertdən 80 min lirə qazandığı və pulunun böyük hissəsi yeni doğulan oğlu Azur Benana sərf etdiyi məlum olub. Bəlli olub ki, cütlük uşaq dünyaya gələn kimi onun adına bank hesabı açıb və ilkin olaraq hesaba 1 milyon lirə qoyub. Onlar bundan sonrakı gəlirlərinin də bir hissəsini körpənin gələcəyi üçün banka yerləşdirmək qərarına gəliblər. Ozan Çolakoğlunun işlədiyi hər mahnıya görə 10 min dollar aldığını nəzərə aldıqda hesabda kifayət qədər məbləğin toplanacağı görünür. 

Bildirilir ki, Gülşən oğluna baxmaq üçün 2 dayə tutub və onlara hər ay 15 min lirə verəcək. Cütlük uşağın təmiz hava ehtiyacını nəzərə alaraq aylıq kirayə haqqı 40 min lirə olan villa tutub və buraya köçüb. 









Redaktorun seçimi