Stalin və həyata keçməyən arzusu - Maraqlı fakt

Hit: 793
Stalin və həyata keçməyən arzusu - Maraqlı fakt

1910-cu ildə rus alimi İlya İvanov İvanoviç Avstriyada 7-ci Zooloqlar iclasında özünün qeyri-adi işlərini nümayiş etdirib.

Heyvan döllərini qarışdıraraq yeni heyvan növləri yaratmaq istəyən alim, 1917-ci il Bolşevik inqilabından sonra Fransaya gedir.

Bütün heyvanlar üzərində apardığı təcrübələrin nəticəsiz qaldığını görən İlya, oradan meymunla insanın eyni atadan olmasına inanaraq Afrikaya, Fransız Qvineyasına yollanır.

1922-ci ildə İ. Stalin bu adamla əlaqə yaradaraq ondan yeni insan növü yaratmasını istəyir.

"Mənə yeni insan növü yetişdir. Həm güclü, həm də sorğulamayan. savaşdan, işləməkdən bezməyən. Qida sıxıntısı çəkməyən insanla meymunun ortaq mələzini yaradın".

Bunun üçün külli miqdarda vəsait ayırır və Gürcüstanda, Qaradəniz sahilində həmin alimə şərait yaradar.

Burada keçirilən eksprimentlərdə Afrikadan gətirilmiş zənci və könüllü rus qadınların bətnlərinə meymun dölü yerləşdirilir. 

Effekt vermədiyini gördükdə isə Afrikadan 8 il boyunca hər cür meymun növünü gətirdərək bu dəfə onların bətninə insan dölü yerləşdirir.

Təcrübəsinin nəticəsiz qaldığını görən alim, eksperimenti Kubada davam etdirməyə qərar verir.

Orada ABŞ mediası bundan xəbər tutur və mediada artıq bu barədə xəbərlər yayılmağa başlayır.

1930-cu ildə Stalin İlya İvanoviçi həbs etdirərək Qazaxıstana sürgün edir. 1932-ci ildə İ. İ. İvanov Qazaxıstanda vəfat edir.

Onu da qeyd edək ki, həmin meymun skletləri illər sonra Gürcüstanın Suçumi qəsəbəsində uşaq parkı inşası zamanı tapılıb.

Faktor.az









Redaktorun seçimi