Fransız öpüşü nədir?

Hit: 5828
Fransız öpüşü nədir?

Bildiyiniz kimi, fransızlar dünyanın ən romantik və xəyalpərəst xalqı hesab edilir. Fransız öpüşü (ing. french kiss, fr. baiser amoureux) – romantik öpüş, dillərin bir-biri ilə əlaqəsi, daha təsirli və daha dərin. Vilyam Kanın araşdırması cinslərin arasında müxtəlif fərqlərin olduğunu ortaya çıxarıb. Məsələn, qadınlar boyun və qulaqdan öpülməkdən kişilərə nisbətən 10 dəfə daha çox həzz alırlar. Kişilərin ən çox xoşladıqları öpüş isə Fransız öpüşüdür. Fransız özləri bu öpüşü “ruhların öpüşü” adlandırırlar.

Bəs Fransız öpüşü nədir?

Fransız öpüşü ən məşhur və ehtiraslı öpüş növlərindən biri hesab olunur. Belə öpüşlərin əsas özəlliyi, tərəflərin dillərindən aktiv istifadə etməsidir. Fransızlar öz növbəsində buna, “baiser amoureux”, yəni sevgi öpüşü adını veriblər. Dodaq, dil və ağız boşluğu hərəkətə gəldiyi üçün, “fransız öpüşü” çox ehtiraslı və davamlı olur. Belə öpüşlər 30 saniyədən, bir neçə dəqiqəyə qədər davam edir. Bu müddətə tərəflər yalnız burunları vasitəsilə nəfəs almalıdır.

Amma “fransız öpüşü”nün təhlükəli cəhətləri də var. Belə ki, dildən aktiv istifadə olunduğu üçün, bu zaman ağız şirəsi vasitəsilə, insanlara müxtəlif infeksiyalar keçə bilər. Xüsusən mononukleoz infeksiyası, bu mənada təhlükəli sayılır. Təsadüfi deyil ki, fransızların özləri bunu, “öpüş xəstəliyi” adlandırırlar.

“Fransız öpüşü”nün yaranma tarixinə gəldikdə, adından göründüyü kimi, bu “fizioloji proses”in vətəni, Fransa sayılır. Əfsanəyə görə, orta əsrlərdə, varlı parisli xanım, Fransa əyalətlərini gəzmək qərarına gəlir. O, səfərlərin birində. nahar etmək üçün, kiçik kəndlərdən birində dayanmağa qərar verir. Həmin kənd isə, öz məşhur çaxır ustası Filip Trua və onun zəngin çaxır anbarları ilə tanınırdı. Aristokrat qadın dərhal Trua ilə görüşür və onun çaxır hazırlama sirrini öyrənmək istəyir. O, isə cavabında bunun sirrini, hər səhər yuxudan tez duraraq, sahədəki bütün üzüm salxımlarını öpməsi ilə əlaqələndirir. Trua bunu sübut etmək üçün, həmin məşhur öpüşdən parisli xanıma da hədiyyə edir. Fransızların inancına görə, həmin öpüş məhz fransız öpüşü olur. Parisə döndükdən sonra, aristokrat xanım bu öpüşün yayılmasına rəvac verir.

Fransız öpüşü dünyanın ən ekstremal və texniki baxımdan çətin öpüşü sayılsa da, onun verdiyi həzz bir o qədər çoxdur. Təsadüfi deyil ki, bu öpüşdən yalnız Fransada deyil, bütün dünyadakı gənclər aktiv istifadə edirlər.









Redaktorun seçimi