Yad olan doğmam... - Göz yaşım deyil, gözüm oldun sən, silə bilmədim!

Hit: 1307
Yad olan doğmam... - Göz yaşım deyil, gözüm oldun sən, silə bilmədim!

Yad olan doğmam...

Göz yaşım deyil gözüm oldun sən, silə bilmədim!

Zaman, məsafələr alıb götürdü bizi. Kimlər, nələr girdi araya?!

Təsadüfmü, zərurətmi bilmədim... Zaman hər şeyə çarə tapdı, bircə bizə tapmadı. Bəlkə də biz tapmadıq.

Eh, bəlkə də.... O qismət deyilən qüvvə, zamanın ətəyinə yapışıb hər addım bir-birimizdən uzaqlaşdıqca bizi daha da yaxınlaşdırdı.

Hara getsək də, yenə də eyni yoldan dönürük. A.Dumanın sözünə qüvvət: "Münasibətimiz taleyimizin sapına düzülmüş təsbeh daşlarıdır. Tanrı onları rahatlıqla seyr edir, sayır...".

Hərdən də Şərqlə Qərbə bənzədik, uzaq düşdük bir-birimizdən...

Bu gün günlərdən sənin günündür. İnsan dünyaya xoşbəxt olmaq üçün gəlirmiş. Xoş gəlmisən! Zəfər tağı daima səninlə olsun. Yaşa ki, səni sevənlər yaşasın. Sev, sevil ki həyat gülsün, gözəlləşsin.

Doğum günün qutlu olsun, gözəl insan!

Leyla Quliyeva

Faktor.az









Redaktorun seçimi