COVID-19-a yoluxmuş deputat müalicə olunmasından danışdı

Hit: 667
COVID-19-a yoluxmuş deputat müalicə olunmasından danışdı
Milli Məclisin koronavirusa yoluxmuş deputatı Rəşad Mahmudov ev şəraitində necə müalicə olunduğunu açıqlayıb.
 
Faktor.az-ın xəbərinə görə, deputat ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbul etdiyini (ağızdan antiviral tabletka, vitamin C və parasetamol qəbulu), yataq istirahəti və zamanı istifadə edərək müalicə olunduğunu bildirib.
 
“Arzum budur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”, - R.Mahmudov əlavə edib.







Redaktorun seçimi