Psixoloji olaraq güclü olmanın - 5 YOLU

Hit: 1448
Psixoloji olaraq güclü olmanın - 5 YOLU
1. Özünüzə və bacarıqlarınıza güvənin. Qarşılaşdığınız problemləri həll edə biləcəyinizə, bütün çətinliklərin sizin üçün sadəcə təcrübə olduğuna inanın. Heç kəsdən dəstək almadan hər şeyi bacaracağınıza ümid edin. İnsanlardan gözləntilərinizi azaldın. 
 
2. “Yox” deməyi bacarın. Sizi narahat hiss etdiricək şeylərə qarşı çıxmağı, insanlara etiraz etməyi öyrənin. Sevmədiyiniz şeyləri edərək fədakarlıq göstərməyin, çünki bu sizi daxilən daha da yoracaq.
 
3. Dəyişikliklərdən qorxmayın. Yenilikləri, həyatınıza fərqlilik qatan şeyləri sevin. Yeni mühitə uyğunlaşmağa çalışın. Yeni insanları poztiv qarşılayın. Unutmayın ki, hər dəyişiklik həyatınıza fərqli bir rəng, gözəl xatirələr qatır. 
 
4. Yuxu rejiminizi pozmayın. Ən az 7-8 saat yatın, yuxunuza diqqət edin. Çünki gözəl və rahat yuxu vacib olan əsas faktorlardan biridir.
 
5. Bağışlayıb unudun. Hər nə olursa olsun, həyata davam edə bilmək güc göstəricisidir. Sizi incidən insanları bağışlayın, neqativ hadisələri
 
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi
İctimai Birliyinin sədri
Təranə Paşayeva
 








Redaktorun seçimi