Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Hit: 975
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 9-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
 
Faktor.az xəbər verir ki, hazırda xəstələrin 139-u reanimasiyadadır. 15 xəstə isə süni tənəffüs cihazına qoşulub. 
 
Ümumilikdə 2 058 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
 
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 732 nəfərə, sağalanların sayı 35 119 nəfərə, vəfat edənlərin sayı isə 555 nəfərə çatıb.








Redaktorun seçimi