Gömrük Hospitalı fəaliyyətini bərpa edir

Hit: 1229
Gömrük Hospitalı fəaliyyətini bərpa edir
1 sentyabr 2020-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalı fəaliyyətini bərpa edərək gömrükçülərə və əhaliyə tibbi xidmət göstərməyə başlayır.
 
Əhalinin sağlamlığının keşiyində duran Mərkəzi Gömrük Hospitalında tətbiq olunan yüksək tibbi texnologiyalar insan həyatını xilas etməyə və sağlamlığını qorumağa tam şəkildə imkan verir. Dünya şöhrətli istehsalçıların müasir tibbi avadanlıqları ilə təmin olunmuş Hospitalda Azərbaycanın yüksəkixtisaslı mütəxəssisləri, ən tanınmış həkimləri çalışır.
Hospitalın laboratoriya, təcili yardım və stasionar şöbələri 7/24 saat fəaliyyət göstərir.
 
Həkim qəbulu yalnız qeydiyyat əsasında aparılır. Qəbula yazılmaq və əlavə məlumat almaq üçün Hospitalın Çağrı Mərkəzinə zəng edin. Tel.: (012) 404 08 08.








Redaktorun seçimi