Koronavirusa yoluxan tanınmış həkim sağaldı

Hit: 2107
Koronavirusa yoluxan tanınmış həkim sağaldı
Koronavirusa yoluxan tanınmış həkim sağaldıKoronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.
 
Faktor.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
 
O bildirib ki, COVİD-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".
 
Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.








Redaktorun seçimi