"Bunsuz uğur qazanmaq mümkün deyil"

Hit: 2292
"Bunsuz uğur qazanmaq mümkün deyil"

RƏŞAD FƏRƏCOV: "Hər bir keyfiyyətli xəstəxana xidmətinin arxasında etibarlı texniki-təsərrüfat təminatı dayanır. ."

Güclü maddi-texniki bazaya, yüksəkixtisaslı kadr heyətinə malik olan Mərkəzi Gömrük Hospitalı artıq bir müddətdir ki, ölkəmizdə pandemiya ilə mübarizə aparan tibb müəssisələrindən biridir. Əlbəttə bu mübarizədə ön cəbhənin qəhrəmanları olan həkimlərin fəaliyyəti təqdirəlayiqdir. Lakin tibb personalı ilə yanaşı qeyri-tibb personalı da bu dövrdə tibbi xidmətlərin vaxtında və yüksək keyfiyyətdə göstərilməsi üçün bütün işləri həyata keçirir. Bu işlərin həyata keçirilməsində Texniki-təsərrüfat şöbəsinin əməkdaşlarının xüsusi rolu vardır.
 
Pandemiyadan əvvəlki dövrdə olduğu kimi pandemiya dövründə də bu şöbənin əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirmək üçün yorulmadan çalışırlar. Şöbə rəisi Rəşad Fərəcovun rəhbərliyi ilə şöbədə çalışan mühəndis Pərviz Sadıqov, mütəxəssis Vəfa Sultanova, sürücülər Adil Behbudov, Rasim Əhmədov, Eldar Hüseynov, Nail Kuzəhmədov, Kamaləddin Babaverdiyev, Telman Hüseynov, Mirbəşir Ağayev, Muxtar Rəhimov, Nəriman Abdullayev, Elsevər Hacıyev, Fərhad Qubadov, texniklər Rövşən Axundov, Rüfət Ələkbərov, Rövşən Kərimov, Nazim Səmədov, Turman Zeynal, Hüseyn Ağayev, qazanxana işçisi Samir Abdullayev, elektriklər Taleh Məmmədov, Cavid Həsənov, Natiq Abdullayev, Orxan Seyidov, fəhlələr Zahir Rzayev, Firudin Hüseynəliyev, Araz Hənifəzadə, təsərrüfat bacıları Fazilə Səfərova, Pərvanə Baxşiyeva, Şahnaz Hümbətova, Mehparə Əhmədova, Hürzadxanım Şirəliyeva, Günel Məmmədova, Tatyana Namazova, Xuraman Əliyeva, Lalə Hacalıyeva, xadimələr Leyla İsmayılova, Afət Məhərrəmova, Afət Fərəcova, Şahnabat Ömərova, Gülnarə Rəcəbova, Gülanət Şükürova, Firuzə Məhərrəmova, Qızılgül Paşayeva, Aydan Məmmədova, Ellada Mehdiyeva, Maya Məmmədova, Azadə Əliyeva, Gülçiçək Nəcəfova, Nərminə Abdullayeva, Rəqsanə Babayeva, Kəmalə Şükürova, Çiçək Səfərova, Ruhiyyə Seyidova, Səbirə Nadirova gecə gündüz Hospitalda təsərrüfat işləri ilə bağlı bütün lazımi tapşırıqları yerinə yetirirlər.
 
Beləliklə 60 nəfərə yaxın insandan ibarət olan bu komanda pandemiya zamanı Hospitalın inzibati binasının bütün təsərrüfat işlərinin məsuliyyətini daşıyır və vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Bu şöbədə çalışan hər bir insanın fəaliyyəti həkimlərin rahat şəraitdə çalışmasına töhfə verir. 
Mühəndislər, texniklər, elektriklər avadanlıqlara və oksigen təchizatına nəzarət edir, sürücülər tibb personalın daşınmasını təmin edir, fəhlələr yüklərin daşınmasına dəstək olur, xadimələr, təsərrüfat bacıları təmizliyi və dezinfeksiyanın aparılmasını təmin edir. Bir sözlə hər kəs öz işini məsuliyyətlə və vicdanla yerinə yetirir. Beləliklə onlar da bu çətin dövrdə aparılan mübarizəyə öz dəstəklərini göstərirlər.
 
Texniki-təsərrüfat şöbəsinin rəisi Rəşad Fərəcov deyir: "Tibb müəssisəsində çalışan hər bir personalın öz rolu vardır. Əlbəttə həkimlər və tibb personalı xəstələrin sağlamlıqlarına qovuşması üçün birbaşa onlarla çalışan insanlardır. Lakin hər bir keyfiyyətli xəstəxana xidmətinin arxasında etibarlı texniki-təsərrüfat təminatı dayanır. Bunsuz uğur qazanmaq mümkün deyil.
 
Bu gün biz böyük bir komandayıq. Tibb personalımız kimi biz də məsuliyyətimizin fərqindəyik. Məhz bu səbəbdəndir ki, həkimlərin təmiz və rahat şəkildə çalışması, bütün avadanlıqların saz vəziyyətdə olması, eləcə də bütün dezinfeksiya, təmir və təsərrüfat işlərinin vaxtlı vaxtında icra edilməsi üçün işimizin başındayıq. Biz bu gərgin mübarizədə tibb personalımıza var gücümüzlə dəstək oluruq və əminik ki, biz birlikdə bu savaşdan qalib çıxacağıq".








Redaktorun seçimi