Koronavirusla mübarizəyə qoşulmuş qəhrəmanlar - FOTOLAR

Hit: 1608
Koronavirusla mübarizəyə qoşulmuş qəhrəmanlar - FOTOLAR
Ölkəmizdə koronavirus pandemiyasının davam etdiyi və yoluxma sayının artdığı bir şəraitdə Mərkəzi Gömrük Hospitalının da tibb işçiləri COVİD-19-la mübarizəyə qoşularaq, ön cəbhədə əsl qəhrəmanlıq nümunələri göstərirlər. Onlar sözün əsl mənasında, gözəgörünməz düşmənə qarşı döyüş meydanına atılıblar. İyun ayının 11-dən başlayaraq, Hospital yalnız koronavirusa yoluxmuş xəstələri qəbul edir və gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 
Ən ağır xəstələr isə Hositalın Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olurlar. Hazırda burada xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün ən müasir avadanlıqlardan istifadə olunur. Bu şöbənin həm həkim-reanimatoloqları, həm də orta və kiçik tibb işçiləri böyrək və qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları və digər mürəkkəb cərrahi əməliyyatlardan sonra şöbəyə daxil olan xəstələrə xidmət göstərməklə zəngin təcrübə əldə etmişlər.
 
Müxtəlif xəstəliklərdən əziyyət çəkən ən ağır xəstələri əməliyyatlardan sonra qəbul edib və normal həyata qaytarmağı özünün vəzifəsi hesab edən bu peşəkar komandanın üzvləri birlikdə düşünmədən koronavirusla mübarizəyə qatılıblar.
Reanimasiya və İntensiv Terapiya şöbəsinin müxtəlif xarici ölkələrdə təhsillərini davam etdirmiş həkimləri və onların rəhbərliyi altında tibb bacılarının və tibb qardaşlarının üzərinə ən böyük məsulyyət düşür.
 
İndi koronavirusla mübarizəyə qoşulan bu komandanın üzvləri yeni, daha gərgin iş rejiminə keçərək, evlərinə getmədən, ailələrinə baş çəkmədən gecə-gündüz iş başında, xəstələrin yanındadırlar. Həyatlarını belə təhlükə altına atan bu insanlar bir məqsədə, bir amala qulluq edirlər: nəyin bahasına olursa-olsun, virusa qalib gələrək yoluxmuş insanları həyata qaytarmaq.
 
Bu təmənnasız xidmətə görə onlar ən yüksək alqışlara layiqdirlər. Günümüzün qəhrəmanları olan bu peşəkar, yüksəkixtisaslı həkimlər fədakar orta tibb işçiləri ilə birlikdə əl-ələ verərək, çiyin-çiyinə işləyərək, ağır bəlaya düçar olmuş insanların xilaskarına çevriliblər. Onlar bu sınaq, bu imtahan meydanında zərbəni öz üzərlərinə qəbul ediblər.
 
Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Dr.Tural Sadıqov, anestezioloq-reanimatoloqlar: Dr.Mehdi Əliyev, Dr.Könül Həsənova, Dr.Rəşad Nəsirli, Dr.Xəyal Məmmədov, Dr.Təranə Göyüşova, Dr.Sevda Quliyeva, nefroloq Mirmənsim Məmmədov və şöbənin tibb bacıları və tibb qardaşları. Sağ olun ki, Vətənimizin bu ağır günündə xalqla bir yerdəsiniz, vətəndaşlarımızın sağlamlığının keşiyindəsiniz! Sizin şəfalı əlləriniz, saf qəlbləriniz bu gün xalqımıza çox lazımdır. Çünki, biz birləşəndə güclü oluruq. Biz bir yerdə güclüyük!
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi