Ev şəraitində müalicə alan koronavirus xəstələri bunları bilməlidir - VİDEO

Hit: 1840
Ev şəraitində müalicə alan koronavirus xəstələri bunları bilməlidir - VİDEO
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Faktor.az-a müsahibə verib.
 
Ev şəraitində tətbiq olunan protokolda "Arbidol" preparatının olması və koronavirus xəstələrinə verilməsi nə dərəcədə məsləhətlidir?
 
- İlk olaraq hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, rəsmi və ya qeyri-rəsmi protokol olduğunu dəqiqləşdirmək çətindir. Ancaq mənə göndərilən mesajlara əsaslanaraq demək istəyirəm ki, bəzi qurumlar "arbidol"u virusun müalicəsində məsləhət görür. Və bildirirlər ki, Almaniya və Avropada müasir qaydalara uyğundur.
 
Ancaq mən burdan bildirmək istəyirəm ki, həmin "Arbidol" preparatı daha çox Çində və Rusiyada COVİD 19-un müalicəsində istifadə olunur.
 
Bir daha bildirim ki, bu preparat nə Avropada, nə də Almaniyada istifadə olunmur və xüsusi preparatlar siyahısına daxil deyil.
 
- Ev şəraitində testlərin və rentgenin aparılması düzgündür?
 
- Ev şəraitində rentgen müayinəsinin bu xəstəliyin diaqnostikasında heç bir əhəmiyyəti yoxdur. Bu məsələyə ciddi yanaşın, əlavə olaraq rentgen şüalarının nə qədər zərərli olduğunu hər kəs bilməlidir və bunu nəzərə almalıdır. Ümumiyyətlə, rentgen  müayinəsinin bu xəstəlyin diaqnozunun qoyulmasında heç bir əhəmiyyəti yoxdur. Bu ağciyərdə yaranan dəyişikliyi yoxlamaq üçün edilməlidir. 
 
Testlər ev şəraitində də aparıla bilər. Bunda problem görmürəm.
 
- Ciddi karantin rejimi bitdikdən sonra nə etməliyik? Özümüzü necə qorumalıyıq?
 
- Azərbaycan xalqından çox xahiş edirəm və hər kəsə çağırış edirəm ki, çox diqqətli olsunlar. Karantin rejimi bitdikdən sonra düşünmək lazım deyil ki, karantin müddəti bitdi və biz normal həyatımıza dönməliyik. Təəssüflər olsun ki, bu Avropada, Amerikada və Azərbaycanda da belə olmalıdır ki, sosial məsafə qorunmalı, maskalardan istifadə və gigiyenik qaydalara əməl etmək lazımdır. Əgər bütün bunlara əməl etməsəniz ikinci dalğanın yaranması ilə qarşılaşa bilərsiniz. Yəni, karantinin bitməsi xəstəliyin bitməsi deyil.
 
 








Redaktorun seçimi