Evdə həkim məsləhəti olmadan müalicə qəbul etməyin!

Hit: 776
Evdə həkim məsləhəti olmadan müalicə qəbul etməyin!
COVİD 19 panikası insanlarda çox çaşqınlıq yaradıb.
 
Xəstəlikdən çox qorxu və həyacandan insanlar səhv addım ata bilərlər. Hər kəs qorxu içində gözləyirlər,mən birdən yoluxaram....
Qaydalara ciddi əməl edib ,tədbirli olmaq lazımdır.
 
Evdə həkim məsləhəti olmadan müalicə qəbul etməyin!
 
Səhv olaraq özbaşına kortəbii antibiotik və antiviral dərmanların istifadəsi qaraciyər və böyrəklərə mənfi təsir edib,immun sistemini zəiflədə bilər.
Hər bir kimyəvi dərman vasitələrinin kifayət qədər yan təsirləri var.
 
Erkən müalicə tez sağalma deməkdir!
 
Xəstə insanlara ilkin tibbi yardım düzgün olsa,COVİD ə qarşı müalicə protokoluna düzgün əməl olunsa xəstəni daha tez sağaltmaq olar.
Yanaşı gedən xəstəliklərin(şəkərli diabet,hipertoniya və s) müalicəsində sellektiv dərman təyinatını həkim etməlidir.
Əczaçılar da xəstələri düzgün istiqamətə yönəltməlidirlər.Təəssüflər ki,çox vaxt xəstələr aptekdə əczaçının məsləhəti ilə antibiotik,sistem və s qəbul edərək,xəstəliyi kəskinləşəndə həkimə müraciət edirlər!!!O da çox gec olur. Hamımız səfərbər olub,bu bəla ilə birgə mübarizə aparmalıyıq!
Əks halda böyük itkimiz olacaq!

Fəlsəfə doktoru Yazgül Abdiyeva 








Redaktorun seçimi