"Ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub"

Hit: 969
"Ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub"
Bildiyimiz kimi hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu sahədə çalışan tibb işçilərini təbrik edir, bu çətin günlərdə bolluca səbr diləyirəm. Asan deyil, nəfəs almaqda çətinlik çəkdiyiniz xüsusi geyimlərdə xidmət etmək. Demək, bir dövləti ayaqda saxlayan onun güclü iqtisadiyyatı, turistik fəaliyyəti deyil, onun səhiyyəsi imiş. Bu pandemiya ilə mübarizədə dünyaya başa saldıq ki, Azərbaycan səhiyyəsi heç də bu mübarizədə digər inkişaf etmiş ölkələrin səhiyyəsindən geri qalmır. 

Ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub. Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının rolu danılmazdır. 
 
 
Faktor.az xəbər portalının
Baş Redaktoru
Aslan Abbaszadə








Redaktorun seçimi