Uşağın boğazı ağrıyırsa, ona dondurma verin

Hit: 1022
Uşağın boğazı ağrıyırsa, ona dondurma verin
Bizdə kiçik yaşlı işaqlara, boğazı tez-tez ağrıyan uşaqlara dondurma adətən verilmir və ya əridilmiş halda, kokteyl şəklində verilir.
 
Lakin tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy bunun səhv olduğunu qeyd edib.
 
Komarovskinin sözlərinə görə, boğaz iltihabına meyilli olan uşaqlar dondurma mütləq yeməlidir: “Uşağın boğazı tez-tez ağrıyırsa, ona dondurma verilməlidir. Bu yerli immuniteti gücləndirir, onu məşq etdirir və nəticədə uşaq daha gec-gec xəstələnməyə başlayır”.
 
Həkim stomatit və həmçinin boğaz ağrısı zamanı uşağa dondurma verməyi tövsiyə edib. Bu diskomfort və ağrını azaltmağa yardım edir.
 
Həkim adi ağ plombirə üstünlük verməyi tövsiyə edir.
 
“Uşağa heç vaxt dondurma verməmisinizsə, 1 çay qaşığından gündə 3 dəfə başlayın. Uşaq dondurmanı ağzında bir qədər saxlamalıdır ki, badamcıqlara təsir etsin. Daha sonra dondurmanın miqdarını artırmaq olar”, – həkim bildirib.
 
Dondurma kalorili və şirin məhsuldur. Bu səbəbdən uşaqda artıq çəki, piylənmə və şəkərli diabet varsa, ona dondurma verməyi tövsiyə edilmir. (Azfood.az)








Redaktorun seçimi